Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda infrastruktur layihələrinin icrası dövlət tərəfindən həyata keçirilir

25 iyul 2020 | 16:00

 


Ölkəmizdə bütün infrastruktur layihələrini ardıcıl şəkildə icra edilir. İnfrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır.

 

Möhtərəm prezidentin tapşrğı ilə bu isdiqamətdə bir çox addımlar atılmışdır. Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib.Enerji sektoruna qoyulan vəsait, bu sahədə aparılan müasirləşmə imkan yaratdı ki, biz nəinki özümüzü artıq uzun müddət ərzində elektrik enerjisi ilə təmin edək. Bizim əlavə generasiya güclərimiz nəticəsində ixrac imkanlarımız da yaranıb, 30-dan çox elektrik stansiyamız enerji təhlükəsizliyini təmin edir.Təbii ki, bu infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri öz yerini tapıbdır. 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıbdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir.Son illərdə Azərbaycanda nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib, onların arasında Oğuz-Qəbələ-Bakı su kəməri xüsusilə qeyd edilməlidir. Taxtakörpü su anbarının tikintisi tarixi layihədir. Çünki bu anbarın su tutumu kifayət qədər böyükdür - 270 milyon kubmetr. Buradan su təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir;
Digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsidir. Şəmkirçay su anbarı əhəmiyyətlidir, anbarın su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bu imkanlardan faydalanır. Cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları da inşa edilib. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir.Su həyat deməkdir..Suyun çatışmazlığı iqtisadiyyatımıza, kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə nə qədər böyük ziyan vurur. Taxılçılıqda və pambıqçılıqda məhsuldarlğı aşağa salır.dövlətimiz hər zaman İçməli su layihələrinə, meliorasiya layihələrinə böyük vəsait ayırıb, müasir texnologiyalar ilə təmin edib və Həmçinin boruların istismar müddətinin uzadılması üçün yeni texnologiyalar ayırıbdır.
Biz inanırıq ki,dölətimiz bu işləri səmərəli şəkildə davam etdirəcəkdir və b sahədə heç bir probilem olmayacaqdır. işlər planlı şəkildə həll olunsun və yaxın gələcəkdə su təhlükəsizliyində olan problemlər həll olunsun.
           

Fariz İmamverdiyev
      YAP Yevlax rayon təşkilatının fəalı

Keçidlər