Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda koronavirus pandemiyasının genişlənməsinin qarşısının alınması məqsədi ilə tədbirlər davam etdirilir.⠀

22 iyun 2020 | 16:00

Yevlaxda koronavirus pandemiyasının genişlənməsinin qarşısının alınması məqsədi ilə tədbirlər davam etdirilir.⠀

Karantin rejiminin tələblərinin icrası ilə əlaqədar Kapital Bankın Yevlax filialında ünvanlı sosial yardımların və əmək pensiyalarının alınması zamanı sakinlərin həmin əraziyə axınını nəzərə alınaraq Yevlax şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə  vətəndaşların rahatlığını təmin etmək üçün sosial məsafə gözlənilməklə həmin ərazidə stullar düzülüb, isti hava şəraitini nəzərə alaraq mütəmadi olaraq növbə gözləyən sakinlərə içməli sular verilib, tibbi maskası olmayanlara maskalar paylanılıb.
Vətəndaşlar da öz növbələrində koronovirus pandemiyasının yayılmasının qarşısının alınması üçün həyata keçirdiyi tədbirlərə və vətəndaşlara göstərdiyi diqqət qayğıya görə Ölkə Prezidenti Cənab İlham Əliyevə  minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər