Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax rayonunda taxıl biçini davam edir.

12 iyun 2020 | 16:00


 Biçinin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib.


Bu ilin məhsulu üçün Yevlax rayonunda 12007 hektarda taxıl yetişdirilib. Əkin sahələrinin 6672,4 hektarı buğda, 5334,6 hektarı arpadır. 2019-cu ililə müqayisədə buğda sahələri 41,8 hektar buğda, arpa əkinləri isə 252,1 hektar çoxdur. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi sayəsində zəmilərdə bol məhsul yetişib.
Taxıl biçini kampaniyasına ümumilikdə rayon üzrə 30 taxılbiçən kombayn cəlb edilib. Bunun 24-ü “Aqrolizinq” ASC-yə məxsus olan, 6 ədədi isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin istifadəsində olan texnikalardır. Bundan başqa biçinə dağətəyi rayonlardan da kombaynlar cəlb olunacaq. Ötən il olduğu kimi, bu il də “Aqrolizinq” ASC tərəfindən ilk növbədə 50 hektara qədər olan taxıl sahələri biçilir. Artıq bu günə kimi 3600 hektar arpa sahəsində biçin aparılıb, 10 min 260 ton məhsul əldə olunub. Hər hektarın orta məhsuldarlıqğı 28,5 sentinerdir. Buğda biçininə yaxın günlərdə başlanılacaqdır. Buğda bitkisinin hər hektarında orta məhsuldarlığın 35 sentiner olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Yevlax rayonunda ötən il 11 min 713 hektar sahədə taxıl becərilib, 37 min 427 ton məhsul əldə edilib. Məhsulun 22 min 941,9 tonu buğda, 14 min 485,1 tonu arpadır.

Keçidlər