Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizdə koronovirus infeksiyasına qarşı uğurla mübarizə aparılır.

11 iyun 2020 | 16:00

 


  Bugün bütün dünyanı öz cənginə alan COVİD-19 pandemiyası qısa zaman ərzində dünyanın inkişaf etmiş ölkələrinin sosial-iqtisadi sahədə inkişafına öz mənfi təsirini göstərdi. Pandemiyanın yayıldığı ilk günlərdən başlayaraq dövlətimiz tərəfindən  vaxtında aparılan qabaqlayıcı tədbirlər ölkəmizin çətin iqtisadi şərait qarşısında tənəzzül etməsinin qarşısını almışdır. Ölkəmizdə virusun yayılma təhlükəsinin yayıldığı ilk gündən cənab Prezidentimiz tərəfindən vaxtında verilən düzgün qərarlar, atılan addımlar bu gün ölkəmizdə bu virusdan dünyasını dəyişənlərin sayını minimum həddə saxlamışdır. Mart ayından ölkə ərazisində karantin rejiminin tətbiq olunması, müxtəlif məhdudiyyətlərin  tətbiqi, maarifləndirici tədbirlər aprel və may ayı ərzində virusa yoluxma sayını aşağı səviyyəyə yendirməyə müvəfəq olmuşdur. Ancaq bir sıra məhdudiyyətlərin aradan qaldırılması vətəndaşlarımız arasında müvafiq sosial izolyasiya tədbirlərinə əməl edilməməsi yoluxma riskinin yenidən artmasına səbəb olmuşdur. Cənab Prezidentimiz İlham Əliyev tərəfindən pandemiya dövründə xalqa edilən müraciətlərin əsas mərkəzində də məhz vətəndaşlarımızın tətbiq olunan karantin qaydalarına riayət etməsi, sosial məsafə saxlaması, tibbi maskalardan istifadə etməsi yer almışdır.
    Ölkə rəhbərinin 9 iyun 2020 – ci il tarixində Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışında karantin tədbirləri ilə bağlı səsləndirdiyi fikirlər birdaha sübut  edir ki, dövlətimizin siyasətinin əsas mərkəzində Azərbaycan vətəndaşının sağlamlığı dayanır. Cənab Prezident öz çıxışında bildirdi ki, vətəndaşlarımız bu çətin zamanlarda dövlətin irəli sürdüyü müvafiq qərarlara riayət etməlidir.
      Dövlətimiz bu virusun yayıldığı ilk günlərdən başlayaraq və vətəndaşlarının sağlamlığı üçün mühüm addımlar atmışdır və bu yolda vətəndaşların yanında olmağa davam etməkdədir. Ancaq vətəndaşlarımızda bu virusu ciddi qəbul etməli, tətbiq olunan bütün qaydalara riayət etməlidirlər. “Mən bir ölkə başçısı olaraq öz vətəndaşlarımın sağlamlığını bugün və bundan sonrada  hərşeydən üstün tutdum və tutacam. Bəzi ölkələr öz iqtisadiyyatlarına zərər dəyməsin deyə bizim qəbul etdiyimiz bir sıra qərarları qəbul etmədilər. Ancaq bizim üçün hərşeydən öndə Azərbaycan vətəndaşının sağlamlığı dayanır. Düzdür bəlkədə bugün tətbiq olunan bu məhdudiyyətlər insanların normal həyatları üçün yad ola bilər, ancaq bu gün bu addımlar atılmazsa uzun bir zaman ölkəmiz bu virusla mübarizə aparmaq məcburiyyətində qala bilər” deyən cənab prezidentimiz vətəndaşları səbrli olmağa, qəbul edilən qərarlara riayət etməyə çağırıb. Cənab prezident çıxışı zamanı onuda  qeyd edib ki, ölkəmiz bu xəstəliklə mübarizə istiqamətində qabaqlayıcı tədbirlər görmüş, bu istiqamətdə ölkəmizdə modul tipli bir neçə xəstəxana tikilərək qısa zamanda yüksək keyfiyyətlə istifadəyə verilmişdir. Tibbi maskadan hər bir vətəndaşın istifadəsinin məcburi olduğunu və qoyulan bu qaydaların bir rəhbər olaraq onun tərəfindən belə riayət olunduğunu söyləməsi bizlər qarşısında birdaha böyük məsuliyyət yaratdı. Bu səbəbdən də  gəlin çətin zamanlarda dövlətimizin yanında olaq, ona dəstək olaq və ən əsası qoyulan qadağalara, deyilən tələblərə riayət edərək özümüzün və sevdiklərimizin sağlamlığının keşiyində dayanaq. Çünki həyat gözəldir və biz bu həyatı xəstəliklərə qurban verməyək.

 

Keçidlər