Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda barama toplanılmasına başlanılmışdır.

10 iyun 2020 | 16:00

Yevlax rayonunda bu ilin mövsüm ilində barama istehsalı məqsədilə 600 qutu tut ipəkqurdu toxumu 275 kümçülərə paylanmışdır. Paylanan barama  kümçülər üçün əlavə gəlir mənbəyidir. May ayının 3-dən etibarən ipəkqurdunun yemlənməsinə başlanmış və normativ tələblərə uyğun olaraq kümçülər tərəfindən qulluq edilmişdir.
Hazırda barama yığılaraq "Azəripək" ASC-yə təhvil verilir. Son 4 gün müddətində kümçülər tərəfindən 2587 kq barama yığılaraq təhvil verilmişdir. Kümçülər tərəfindən baramanın itkisiz olaraq qısa zamanda yığıb təhvil verilməsi qarşıya məqsəd qoyulmuşdur.



 

Keçidlər