Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda növbəti video qəbul keçirildi.

09 iyun 2020 | 16:00


İyunun 9-da keçirilən keçirilən növbəti video qəbul zamanı Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev rayon sakinlərinin işlə təmin olunma, ünvanlı sosial yardım təyin edilməsi, müalicə olunmaqla bağlı maddi yardım göstərilməsi, kənd yolların təmiri və s. ilə bağlı müraciətlərini dinlədi,  icra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan müraciətlərin yerindəcə həll edilməsi barədə göstəriş verdi, digər məsələlər isə aidiyyatı orqanalara  çatdırılması üçün qeydiyyata götürüldü.
Bundan başqa qəbulda iştirak edən sakinlərə koronovirusdan qorunmaq üçün irəli sürülən təlimat və tövsiyyələrə əməl edilməsinin vacibliyi izah edildi.
Video görüşdə Prezident İlham Əliyevin  karantin dövründə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, aztəminatlı ailələrin rifahının yüksəldilməsinə yönəlmiş  sərəncam və tapşırıqları, mövcud vəziyyətdə əhalinin qarşısında duran vəzifələr barədə məlumat verildi.
Sakinlər ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət, koronovirus pandemiyasının qarşısının alınması üçün atdığı addımlarını və onun səylərini dəstəklədiklərini bildirdilər.

 

 

 

 

 

Keçidlər