Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax: koronavirus pandemiyasına qarşı dezinfeksiya işləri davam etdirilir

10 aprel 2020 | 16:00

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Yevlax şəhərində və rayonun kəndlərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Martın 15-dən başlayaraq Yevlax şəhərindəki bütün küçələr, çoxmənzilli yaşayış binaları, inzibati binalar, eləcə də məcburi köçkünlərin məskunlaşdığı şəhərcik, rayonun kəndlərindəki uşaq bağçaları və məktəblər dezinfeksiya olunub.

Növbəti dezinfeksiya işləri zamanı Yevlax şəhərinin Heydər Əliyev və Nizami prospektləri, Füzuli, Yeni Yevlax, Pişəvəri, S.Vurğun, Vidadi, A.Şadlinski, Q.Quliyev, İ.Dəmirov, C.Cabbarlı küçələri, parklar, xiyabanlar, rayon maliyyə və təhsil şöbələri, Məşğulluq Mərkəzi xüsusi dezinfeksiyaedici məhlulla dərmanlanıb.

 

                                                                                                   

 

                                                                                                   

                                                                                                 

Keçidlər