Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda vətəndaşların növbəti qəbulu keçirildi.

07 aprel 2020 | 16:00


Əvvəlki qəbullardan fərqli olaraq Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə Təlimatına uyğun olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən vətəndaşların qəbulu artıq video konfrans vasitəsi ilə hər həftənin 2-ci günü həyata keçirilir. 

Aprelin 7-də keçirilən növbəti video qəbulda  30 nəfər rayon sakininin müraciətlərini dinləyən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev onların problemlərinin, təkliflərinin aidiyyatı üzrə qeydiyyata alınması və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli edilməsi üçün müvafiq göstərişlər vermişdir.
Video konfrans zamanı Şəhər İcra hakimiyyətinin başçısı tərəfindən  sakinlərə koronovirus epidemiyasının yayılmasının qarşısının alınması və ondan qorumaq üçün Operativ Qərargahın təlimat və tövsiyyələri və qəbul edilən qərarları, Prezident İlham Əliyevin  vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, aztəminatlı ailələrin rifahının yüksəldilməsi  məqsədi daşıyan sərəncam və tapşırıqları barədə məlumat verildi.
Keçirilən video qəbulda iştirak edən vətəndaşlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, koronovirus pandemiyasının qarşısının alınması üçün atdığı addımları dəstəklədiyini bildirərək ölkə rəhbərinin fəaliyyətini dəstəklədiklərini bildirdilər.

Keçirilən video qəbulda iştirak edən vətəndaşlar Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, koronovirus pandemiyasının qarşısının alınması üçün atdığı addımları dəstəklədiyini bildirdilər,  Ölkə Rəhbəri ilə həmrəy olduqlarını ifadə etdilər.
Video qəbul və sakinlərin məmnunluğu bir daha Cənab Prezidentin tapşırıq və göstərişlərinin Yevlax rayonunda uğurla həyata keçirildiyini sübut edir.

Keçidlər