Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhərində ağacəkmə aksiyası keçirilib

07 mart 2020 | 16:00

 

Prezident İlham Əliyevin yeni yaşıllıqların salınması, ölkədə ekoloji durumun daha da yaxşılaşdırılması və ekoloji tarazlığın qorunması istiqamətində tövsiyə və göstərişlərinə uyğun olaraq həyata keçirilən işlər Yevlax şəhərində də davam etdirilir.

07 mart 2020-ci il tarixdə Yevlax Şəhər  İcra Hakimiyyətinin, Şəhər Yaşıllaşdırma və İşıqlandırma müəssisəsinin kollektivləri Səməd Vurğun parkında və Səməd Vurğun küçəsi boyunca növbəti ağacəkmə aksiyasında iştirak ediblər.

Aksiya zamanı  550 ədəd Eldar şamı və Xan çinar  ağacları əkilib. Həmçinin əvvəl əkilən ağaclara qulluq edilib.

Burada  əkilən ağaclara daimi qulluq göstərilməsi üçün suvarılma məsələləri həll olunub və il boyu bu ağaclara qulluq məsələləri müvafiq qurumlar tərəfindən nəzarətə alınıb.

Movsüm ərzində Yevlax şəhərində ağacəkmə və təmizlik-abadlıqla bağlı aksiyaların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər