Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax rayon Polis şöbəsində Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə tədbir keçirildi.

25 fevral 2020 | 16:00

Yevlax rayon Polis şöbəsində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirildi.

Yevlax rayon Polis şöbəsində Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Rayon Polis Şöbəsinin rəisi Elnur Mehdiyev mənfur ermənilərin Xalqımızın başına açdığı müsibətlərdən söhbət açdı. O daha sonra qeyd etdi ki, Xocalı soyqırımı tariximizin və XX əsrin ən faciəli hadisələrindəndir. 1992-ci ilin o müdhiş fevral gecəsi ermənistan silahlı birləşmələri Sovet İttifaqı ordusundan qalmış 366-cı alayın köməyi ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı aktı törədiblər.  Polis rəisi qeyd etdi ki, Xocalıda baş verən dəhşətli hadisələri insanlığa qarşı tarixdə həyata keçirilmiş cinayətlərlə müqayisə edərək bu soyqırımını törədənlərin hələ də cəzalandırılmamasının beynəlxalq münasibətlərdəki ikili standartlardan qaynaqlandığını nəzərə çatdırıb. E.Mehdiyev 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Ermənistan tərəfindən ərazilərimizin işğal faktının və Xocalıda baş vermiş soyqırımı aktının beynəlxalq ifşasına nail olmaq məqsədilə görülmüş məqsədyönlü və sistemli işlərdən danışıb.

Tədbirdə iştirak edən Xocalı sakinləri o dəhşətli gecədən ürək ağrısı ilə söhbət açdılar .

Görüşün sonunda iştirakçılar Möhtərəm Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Xocalı və digər torpaqlarımızın azadlığı uğrunda həlak  olan şəhidlərin qisasını alınacağını bildirdilər.

Keçidlər