Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Regionlarında Qadın Sahibkarlığının İnkişafı

22 fevral 2020 | 16:00

22 fevral 2020-ci ildə Yevlax şəhərində yerləşən İqtisadiyyat Nazirliyinin Aran Regional İnkişaf Mərkəzində Azərbaycanın bölgələrində qadınların sahibkarlıq bacarıqlarının artırılması, özünə inamın gücləndirilməsi, biznes planın yazılmasında dəstək vermək məqsədilə Avropa İttifaqının maliyyə dəstəyi , Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin təşkilatçılığı və Yevlax Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycanın Regionlarında Sahibkarlığın İnkişafına Dəstək layihəsi çərçivəsində “Qadın Sahibkarlığının İnkişafı” mövzusunda təlim keçirildi.


Təlimi giriş sözü ilə açan Yevlax Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Nərmin Fərzəliyeva Ölkəmizdə qadın sahibkarlığının inkişafından, Yevlax rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlardan bəhs etdi.Bildirdi ki, rayon ərazisində sahibkarlıq sahəsində fəaliyyət göstərən qadınların sayı kifayət qədərdir,onlara fəaliyyətlərinin günün tələblərinə uyğun qurmaları üçün rayon Rəhbərliyi tərəfindən lazimi diqqət göstərilir.
Daha sonra təlim sahibkarlığın inkişafı üzrə aparıcı ekspert Ümit Evren və kiçik ekspert Orxan Nəbiyev tərəfindən həyata keçirildi.
Təlimdə iştirak edən Qadınlar təlimin onların gələcək işlərində mühüm rol oynayacağını qeyd etdilər.

Keçidlər