Şriftin ölçüsü :

Saytın rəngi :

29 yanvar 2020-ci il tarixdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Şəhər İcra Hakimiyyətinin inzibati binasında növbəti Vətəndaş qəbulu keçirdi.

29 yanvar 2020 | 16:00

29 yanvar 2020-ci il tarixdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Şəhər İcra Hakimiyyətinin inzibati binasında növbəti Vətəndaş qəbulu keçirdi.

Rayon rəhbəri həmişə olduğu kimi ilk öncə Şəhid ailələri və Qarabağ müharibəsi əlillərini qəbul edərək problemlərini diqqətlə dinlədi. İcra Hakimiyyətinin səlahiyyəti çərçivəsində olan məsələləri yerindəcə həll edilməsi üçün göstəriş verdi. Daha sonra qəbula yazılan rayon sakinləri işlə təmin olunma, fərdi evlərinə qaz çəkilişi, ünvanlı sosial yardım təyinatı və evlərinin sənədləşdirilməsi və sair məsələlərlə bağlı Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevə müraciət etdilər. Vətəndaşların müxtəlif məzmunlu müraciətlərini dinləyən Şəhər Rəhbəri İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan  müraciətlərlə bağlı yerindəcə həll edilməsi üçün tapşırıq verdi. İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyatı qurumlara ünvanlanmaq üçün qeydiyyata alındı. Qəbula yazılanlar səmimi qəbula görə Şəhər rəhbərinə razılıqlarını bildirmiş, Azərbaycanın günbəgün inkişafına nail olduğu üçün Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.

 

 

Keçidlər