Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinin təsdiqi idi

20 yanvar 2020 | 16:00

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Yevlax rayonunda dərin hüznlə anılıb.

Faciənin 30-cu ildönümü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında anım tədbirləri keçirilib, faciə qurbanları yad edilib.yanvarın 20-də rayon ictimaiyyəti, ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri Şəhidlər xiyabanına gələrək, "20 Yanvar" abidəsinin, "Şəhidlər" kompleksinin önünə, şəhid məzarları üzərinə tər qərənfillər düzüb, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev şəhid ailələri ilə görüşərək söhbət edib, onların sosial vəziyyəti ilə maraqlanıb.Tədbir iştirakçıları sonra məktəblilərin 20 Yanvar faciəsinə həsr olunmuş rəsm sərgisinə baxış keçiriblər.Xalq Teatrında davam edən tədbirdə torpaqlarımızın və dövlətçiliyimizin müdafiəsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət himni səsləndirilib.Şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Əmiraslan Bəşirov, Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, 20 Yanvar faciəsinin şahidi Cahid Nəbiyev çıxış edərək, 1990-cı il yanvarın 20-də törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən danışıblar. Bildirilib ki, qanlı hadisələr zamanı günahsız insanlar, uşaqlar, qocalar, qadınlar qətlə yetirildi, yüzlərlə insan müxtəlif dərəcəli bədən xəsarəti aldı. Öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi M.Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinin təsdiqi idi. 20 Yanvar hadisələri bu siyasətə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində xalqımız uzun illərdən bəri arzusunda olduğu müstəqilliyə qovuşdu və ölkəmiz suverenlik əldə etdi.Tədbirdə 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə keçirilən inşa yazı və rəsm müsabiqələrinin qalibləri fəxri fərmanla təltif olunub. Sonra 20 Yanvar şəhidlərinə həsr olunmuş əbədi-bədii kompozisiya nümayiş etdirilib.

 

Keçidlər