Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Kövər Kəndində səyyar qəbul keçirmişdir.

16 yanvar 2020 | 16:00

16 yanvar 2020-ci il tarixdə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Kövər kəndində vətəndaşlarla səyyar qəbul keçirmişdir.


Qəbulda kənd sakinləri, aidiyyatı idarə, müəssisə rəhbərləri, yerli icra və bələdiyyə  nümayəndələri iştirak etmişlər. Səyyar görüş zamanı çıxış edən İcra Başçısı Anar Tağıyev Cənab Prezident  İlham Əliyev tərəfindən aparılan islahatlar, əhalinin rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən sosial-iqtisadi proqramlardan geniş söhbət açmış,bütün bunlar ölkə vətəndaşlarının yaşayış tərzinin və güzəranının daha da yüksəlməsinə hesablandığını qeyd etmişdir.
Rayon rəhbəri Kövər kəndində görülən təsərrüfat işləri və gələcək prespektivlərdən söhbət açmışdır. Sonra Başçının Kövər İnzibati Ərazi Dairsəi üzrə nümayəndəsi Fəxrəddin Əliyev çıxış edərək bildirdi ki, Kövər kəndi 2450 nəfər əhali və 589 təsərrüfatdan ibarətdir. Nümayəndəliyin ərazisində 1 kitabxana, 1 mədəniyyət evi, 1 elektron ATS, 1 poçt və 1 tam orta məktəb fəaliyyət göstərir ki, orada 55 müəllim işləyir və 441 şagird təhsil alır. Ərazidə məskünlaşmış qaçqın və məcburi köçkünlərin sayı 463 nəfərdir. Kövər kəndinin əhalısı əsasən heyvandarlıqla və əkinciliklə məşguldur. Kənddə 3971 baş iri buynuzlu və 4550 baş xırda buynuzlu mal-qara var. Kövər kəndinin ərazisində 140 hektar pambıq və 545 hektar buğda əkilmişdir. Görüşdə  kənd sakinləri  əkin sahələrinin suvarılması,su arxlarının betonla düzəldilməsi, işlə təmin olunma, kənddə uşaq bağçasının binasının təmiri kimi məsələləri Şəhər Rəhbərinin nəzərinə çatdırdılar. Vətəndaşların irad və təkliflərini diqqətlə dinləyən Anar Tağıyev İcra Hakimyyətinin səlahiyyətlərinə daxil olan məsələlərin həlli istiqmətində əlaqədar təşkilat rəhbərlərinə yerində müvafiq tapşırıq və tövsiyələrini vermiş, səlahiyyətlərə aid olmayan məsələləri isə aidiyyatı qurumlara çatdırmaq üçün qeydiyyata götürmək barədə göstəriş vermişdir. 
           Görüşün sonunda kənd sakinləri Azərbaycandakı inkişaf və sabitlik üçün, Ölkə Prezidenti Möhtərəm Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər