Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Həmrəylik Günü və Yeni il münasibətilə konsert və fləşmob təşkil olunub

31 dekabr 2019 | 16:00

Yevlax şəhərinin mərkəzi meydanında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram konserti və fləşmob keçirilib.

Yevlax Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax şəhər nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən fləşmob şəhər sakinlərinin marağına səbəb olub. Yevlax gənclərini bir araya gətirmək, onların həmrəyliyinin təşkili və ictimai fəaliyyətə təşviqi məqsədilə keçirilən fləşmob zamanı gənclər rəqs edərək öz bacarıqlarını nümayiş etdiriblər. Gənclər, həmçinin “Fərqlisən, çünki gəncsən!" şüarı səsləndiriblər. Bir neçə saat davam edən bayram bayram şənliyində Şaxta baba və Qar qız yevlaxlılara Yeni il arzularını çatdırıb, rayonun musiqi kollektivləri rəngarəng konsert proqramı ilə iştirakçılarda xoş ovqat yaradıb.

Keçidlər