Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxın Meyvəli qəsəbəsində 118 fərdi yaşayış evi qazlaşdırılıb

16 dekabr 2019 | 16:00

Dekabrın 16-da Yevlax rayonunun Meyvəli qəsəbəsində 118 fərdi yaşayış evinə təbii qaz verilib.

Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev, qaz təsərrüfatının işçiləri və qəsəbə sakinləri iştirak ediblər. Çıxışlar zamanı qeyd edilib ki, bölgələrdə aparılan qazlaşdırma işləri Prezident İlham Əliyevin birbaşa qayğısı ilə həyata keçirilir və ölkədə bu ilin sonuna qədər qazlaşdırma səviyyəsi 96 faizə çatdırılacaq.Qəsəbədə qazlaşma işlərinin icrası üçün ümumi uzunluğu 10 min 164 metr müxtəlif diametrli polad və polietilen borulardan istifadə olunub. Bununla da, Yevlax rayonunda qazlaşma faizi 98,5 faizə çatıb. Rayonda qazlaşdırılmayan cəmi 4 kənd qalıb ki, onların da gələcəkdə dövlət proqramlarının həyata keçirilməsi zamanı qazlaşdırılması gözlənilir.

Tədbirin sonunda qəsəbənin qazlaşdırılmasında fəallığı ilə seçilən podratçı təşkilatın işçilərinə Fəxri fərmanlar verilib.Qeyd edək ki, qəsəbəyə qazın verilməsi “Qaz Təsərrüfatında Texniki Təhlükəsizlik Qaydaları”na riayət etməklə təmin olunub.

 

 

Keçidlər