Şriftin ölçüsü :

Saytın rəngi :

"Xəmsə" Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında VII Azərbaycan Çempionatının Yevlax rayon birinciliyi keçirildi.

26 noyabr 2019 | 16:00

26 noyabr 2019 cu il tarixdə Yevlax şər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Evində "Xəmsə" Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında VII Azərbaycan Çempionatının Yevlax rayon birinciliyi keçirildi.


Oyunun açılışında Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşı Tural İsmayılov açaraq Ölkə Rəhbəri Cənab İlham Əliyevin gənclərin inkişafına gösrtərdiyi diqqət və qayğıdan bəhs etdi, yarış iştirakçılarına Uğurlar arzuladı. Daha sonra şəhər Gənclər və İdman İdarəsinin rəisi Binyamin Musayev çıxış edərək Yevlax rayonunda gənclərin intellektual  inkişafı istiqamətində atılan addımlardan danışdı, Şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Anar Tağıyevə  rayonda gənclərə yaratdığı şəraitə görə təşəkkürünü bildirdi. Kür qəzetinin baş redaktoru Əminə Yusifqızı çıxış edərək hər bir iştirakçıya uğurlar arzuladı.Təhsil şöbəsinin metodisti Mirtaleh İsmayılzadə də öz növbəsində iştirakçılara uğurlar dilədi. Bilik yarışının nəticəsi olaraq Yevlax şəhər 9 saylı tam orta məktəbin komandası I yerə, Yevlax şəhər 4 saylı tam orta məktəbin komandası II yerə, Yevlax rayon Aran 2 tam orta məktəbin III yerə komandası laiq görüldülər.

Keçidlər