Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyəti rayon Gənclər və İdman İdarəsinin birgə keçirdikləri yeniyetmələr arasında şahmat yarışına start verildi.

22 noyabr 2019 | 16:00

22 Noyabr 2019-cu il tarixində Yevlax şəhəri Uşaq Gənclər və Şahmat məktəbində Yevlax Şəhər İcra Hakimiyyəti rayon Gənclər və İdman İdarəsinin birgə keçirdikləri yeniyetmələr arasında şahmat yarışına start verildi.

Yarışın keçirilməsində məqsəd yeniyetmələrin şahmata olan marağını artırmaq və onların bacarıqlarını üzə çıxararaq,öz asudə vaxtlarını səmərəli keçirməsini təmin etməkdən ibarətdir. Yarışı Rayon Gənclər və İdman İdarəsinin rəisi Bünyamin Musayev giriş sözü ilə açaraq idman yarışlarının yüksək səviyyədə keçirilməsindən və bu kimi yarışların gənclər üçün çox faydalı olmasından danışdı. Daha sonra çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşı Tural İsmayılov Cənab Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində bütün sahələrə olduğu kimi idman sahəsi də inkişaf etdiyini qeyd etdi. Cənab Prezidentin uğurlu gənclər siyasəti bu gün Yevlaxda Şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Anar Tağıyevin uğurla davam etdirilir. Cənab Prezident tərəfindən vəzifəyə təyin olunmasından qısa müddət keçməsinə baxmayaraq rayonumuzda artıq ikinci dəfədir növbəti idman tədbirinin keçirilməsinə start verilib. Tural İsmayılov bütün bunların Şəhər İcra Başçısının müvafiq dəstəyi ilə həyata keçirildiyini və bu cür idman tədbirlərinin davamlı olaraq keçirləcəyindən bəhs edərək,yarış iştirakçılarına uğurlar arzu etdi.

Keçidlər