Şriftin ölçüsü :

Saytın rəngi :

“Ümummilli Lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişinin banisidir” mövzusunda tədbir keçirilmişdir.

16 noyabr 2019 | 16:00

Tədbir

16 noyabr 2019-cu ildə Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yevlax rayon Təşkilatı ilə birgə 17 noyabr Milli Dirçəliş günü münasibəti ilə “Ümummilli Lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişinin banisidir” mövzusunda tədbir keçirilmişdir.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları  ilə açıq elan edilmişdir. Sonra YAP Yevlax rayon təşkilatının sədr müavini, Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan Xalqının dirçəlişindəki rolundan danışdı.Müasir Azərbaycanın Ulu Öndərin əsəri olduğunu qeyd etdi.

Daha sonra YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri vəzifəsini icra edən Rafiq Əliyev çıxış edərək Heydər Əliyev qətiyyətinin Azərbaycan dövlətinin inkişafındakı rolundan danışdı.
  “Kür” qəzetinin baş redaktoru, “Qızıl qələm” mükafatı laureatı, “Əməkdar Jurnalist”, YAP Yevlax rayon təşkilatı Qadınlar şurasının sədri Əminə Əhmədova öz çıxışında 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildiyini, Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldığını,imperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım olduğunu qeyd etdi. Bütün bunlar Heydər Əliyev qüdrətinin nəticəsi olduğunu vurğuladı.
Daha sonra Rayon Ziyalılar Cəmiyyətinin sədri Qiyas Quliyev, Şəhər 5 saylı tam orta məktəbin tarix müəllimi Əmiraslan Bəşirov, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova çıxış edərək 17 noyabr Milli Dirçəliş gününün Ölkəmizin tarixindəki yeri haqqında danışdılar.

Keçidlər