Şriftin ölçüsü :

Saytın rəngi :

Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin tövsiyyə və tapşırıqları Yevlax rayonunda uğurla yerinə yetirilir.

16 noyabr 2019 | 16:00

Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin tövsiyyə və tapşırıqları Yevlax rayonunda uğurla yerinə yetirilir.

Belə ki, Yevlax şəhərində son 10 gündə başlayan təmizlik, abadlıq, quruculuq işlərinin surətlə davam etməsi dediyimizin əyani sübutudur. Şəhərin küçə, xiyaban və prospektlərindəki ağacların budanması, ot ələfin təmizlənməsi şəhərimizin simasının dəyişməsinə səbəb olub.
Təmizlik işlərini Şəhər Yaşıllaşdırma və İşıqlandırma Müəssisəsinin kollektivi həyata keçirirlər. Nəticədə Yevlax şəhəri abadlaşır, gecələr zülmət qaranlıq olan  küçə və prospektlər işıqlara bürünür. Bütün işlər Şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Anar Tağıyevin göstərişi ilə Öz nəzarəti altında aparılır.
Şəhərimizin gözəlləşməsinə və İnsanların rahatlığına xidmət edən abadlıq quruculuq işləri mütəmadi olaraq davam edəcəkdir.

Keçidlər