Şriftin ölçüsü :

Saytın rəngi :

İLİN İLK YARISININ YEKUNLARI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNDU

31 iyul 2019 | 16:00

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı yanında Şuranın toplantısında ilk öncə Prezident İlham Əliyevin yanında  iyulun 31 -də keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə qarşıya qoyduğu önəmli məsələlər müzakirə obyekti oldu.

Sözügedən Şura iclasını giriş sözü ilə açan ŞİH Başçısı Qoca Səmədov bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlətimizin başçısı bu ilin əvvəlində qarşıya qoyulan vəzifələrin icra olunduğunu, ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin reallaşdırıldığını diqqətə çatdırıb, ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu bildirib. İcra Başçısı ölkə başçısının bu sözlərini toplantı iştirakçılarının diqqətinə çatdırdı: “Bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır. Bununla paralel olaraq, biz sosial sahəyə də çox böyük diqqət göstəririk. Bu il reallaşan layihələr – milyardlarla dollar həcmində ölçülən bu layihələr, bu təşəbbüslər bizim niyyətimizi, bizim siyasətimizi göstərir. Göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Sonra söz alan ŞİH Başçısının birinci müavini Qənimət Qaraşov vurğuladı ki, cənab Prezidentin daimi diqqət və qayğısını hiss edən yevlaxlılar əvvəlki illərdə olduğu kimi, 2019-cu ilin birinci yarısında da şəhərimizin hərtərəfli inkişafı üçün bütün qüvvələri səfərbərliyə almışlar. Quruculuq, abadlıq, tikinti işləri aparılması davam etdirilmş, infrastrukturun yaxşılaşdırılmasına, adamları narahat edən çətinliklərin, problemlərin aradan qaldırılmasına xüsusi fikir verilmişdir. Və ilin birinci yarısında ümumdaxili məhsulun həcmi artmış, rayon üzrə orta aylıq əmək haqqı yüksəlmiş, əhalinin pul gəliri ötən ilin birinci yarısına nisbətən çox olmuşdur. 2019-cu ilin ilk yarısında büdcə, maliyyə, bank, sosial müdafiə və məşğulluq sahəsində  uğurlar əldə olunmuş, aqrar sahə üzrə nailiyyətlər qazanılmış, tikinti-quraşdırma, abadlıq sahəsində, infrastrukturun yaxşılaşdırılması istiqamətində müsbət irəliləyişlər əldə edilmişdir.Şura iclasını sözlər, ümumi müddəalar üzərində yox, konkret görülən işlər, qarşıda duran və həllini  gözləyən problemlər üzərində qurmaq istəyən ŞİH Başçısı söylədi: Azərbaycan İqtidarının siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Mən də istərdim ki, bu günkü Şura iclasında vəzifəsi əhaliyə daha keyfiyyətli xidmət göstərmək olan, içməli su, elektrik enerjisi, təbii qaz təminatı, təhsil, məşğulluq sahələrinin rəhbərləri gördükləri işlər, qarşıda duran vəzifələr, həllini gözləyən problemlər barədə ətraflı danışsınlar.Şura iclasında adıçəkilən xidmət sahələrinin rəhbərləri gördükləri işlərlə bağlı məlumat verdilər, qarşıda duran vəzifələrlə, problemlərlə bağlı ŞİH Başçısına və ümumiyyətlə toplantı iştirakçılarına bilgi verdilər.Toplantıda Milli Məclisin üzvü, YAP Yevlax Şəhər Təşkilatının sədri İlham Məmmədov iştirakçılar önündə ona doğma olan Yevlaxın problemlərinin həlli istiqamətində, etimad göstərərək səs vermiş seçiciləri üçün gördüyü işlərdən, ona müraciət edən insanlara diqqət və qayğı ilə yanaşmasından konkret faktlara istinad edərək söz açdı. Bildirdi ki, doğrudan da insanların həyatında müşahidə edilən çətinlikləri həll etmək üçün birgə fəaliyyət göstərmək, ŞİH Başçısının söylədiyi kimi bütün imkanları, səyləri birləşdirərək çalışmaq əsas şərtdir.Şura iclasını ŞİH Başçısı Q.Səmədov yekunlaşdıraraq bir daha xidmət təşkilatlarının rəhbərlərinə Yevlax əhalisi naminə sosial məsələlərin həllində uğurlar, birgə fəaliyyət prizmasından çalışmalar arzu etdi.Beləliklə, 2019-cu ilin ilk yarısına həsr edilən ŞİH Başçısı yanında növbəti Şura iclası öz praqmatikliyi, işgüzar tonu və dialoq, fərqli yanaşma metodu ilə baş tutdu. Bu toplantıda görülən işlərlə yanaşı qarşıda duran konkret vəzifələrə də aydınlıq gətirildi.

Keçidlər