Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Qəhrəmanlıq tariximizin 20 yanvar səhifəsi” adlı tədbir keçirildi.

18 yanvar 2019 | 16:00

Bu gün Yevlax şəhərində Yevlax şəhər İcra Hakimiyyəti , YAP Yevlax Rayon Təşkilatı və Yevlax şəhər Mədəniyyət mərkəzinin təşkilatşılığı ilə 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibəti ilə tədbir keçirilmişdir.


Tədbri Yevlax şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Qənimət Qaraşov açaraq tədbirin məqsədi haqqında məlumat verdi və 20 Yanvar faciəsində həlak olmuş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi.
Q.Qaraşov bildirdi ki, qanlı 20 Yanvar faciəsindən bizi 29 illik bir zaman ayırır. Amma üstündən illər keçsə belə xalqın milli oyanış tarixinin ən qanlı, həm də olduqca şanlı bir səhifəsi olan bu faciə unudulan deyil. Hər il respublikamızda 20 Yanvarın ümumxalq hüzn günü kimi qeyd edilməsi bunun bariz nümunəsidir.
YAP Yevlax Rayon Təşkilatının sədr müavini, aparat rəhbəri Əli Quliyev tədbr mövzusunda məruzə etdi. Ə.Quliyev bildirdi ki, 20 Yanvar Azərbaycan Xalqının tarixinə qanla yazılmış səhifələrdən biridir. Amma o müdhiş gecə tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, qəhrəmanlıq günü kimi daxil oldu. Bu hadisə bir millətin, bir xalqın urəyində illərlə yığılıb qalmış azadlıq, müstəqillik eşqinin oyanış günüdür. Azərbaycan Xalqı 20 Yanvarda hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək hətta şəhid vermək əzmini bu gecə bütün dünyaya nümayiş etdirdi. O, bu faciəyəyə siyasi-hüquqi qiymət verilməsi kimi böyük missiyanı yerinə yetirmək üçün sözün həqiqi mənasında bir qəhrəmanlıq nümunəsi yaratmış Ümummilli lider Heydər Əliyevin fəaliyyəti barədə ətraflı məlumat verdi, bildirdi ki, bu cür tədbirlərin keçirilməsi yeni nəslin milli ruhda tərbiyə olunmasında rolu böyükdür.
Sonra Sonra Bərdə regional Mədəniyyət mərkəzinin Yevlax şəhər nümayəndəsi Rafiq Məmmədov çıxış edərək baş vermiş qətliam haqqında fikirlərini ifadə etdi. O, hadisələri olduğu kimi diqqətə çatdırdı. O məşum gecədə qətlə yetirilənlərin əksəriyyəti gənclər idi. Onları Azadlıq meydanına öz ölkələrini müstəqil və azad görmək arzuları gətirmişdi. O da öz növbəsində 20 Yanvar faciəsini Azərbaycan xalqına qarşı törədilən böyük bir cinayət kimi dəyərləndirdi.
Sonra tədbir Yevlax şəhər mədəniyyət mərkəzinin drektoru Eldəniz Mustafayevin rəhbərliyi ilə ədəbi bədii kompazisya ilə davam etdirildi.
Tədbir iştirakçılarına YAP Yevlax Rayon Təşkilatı tərəfindən hazırlanmış 20 yanvar faciəsini əks etdirən bukletlər paylandı.

Keçidlər