Şriftin ölçüsü :

Saytın rəngi :

9 AYDA ŞƏHƏRİMİZDƏ SOSİAL-İQTİSADİ İNKİŞAFIN YEKUNLARI FƏRƏH DOĞURUR

18 oktyabr 2018 | 16:00

Oktyabrın 18-də, respublikanın Dövlət Müstəqilliyi Günündə Şəhər İcra Hakimiyyəti Başçısı yanında Şura iclası keçirilmişdir.
Toplantıda Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov 2018-ci ilin 9 ayında Yevlaxın sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında geniş və ətraflı məruzə etmiş və bildirmişdir ki, oktyabrın 9-da dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı nitqində ölkə başçısı milli inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsi, ölkənin bütün potensialının, intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər edilməsi məsələlərinə xüsusi önəm verməklə inkişafın yeni hədəflərini bəyan etmişdir.
Cənab Prezidentin daimi diqqət və qayğısını hiss edən yevlaxlılar əvvəlki illərdə olduğu kimi 2018-ci ilin 9 ayında da şəhərimizin hərtərəfli inkişafı üçün bütün qüvvələrini səfərbərliyə almışlar. Quruculuq, abadlıq, tikinti işləri davam etdirilmiş, infrastrukturun yaxşılaşdırılmasına, adamları narahat edən çətinliklərin, problemlərin aradan qaldıırılmasına xüsusi fikir verilmişdir.
2018-ci ilin 9 ayında ümumdaxili məhsulun həcmi 508,4 milyon manat olmuşdur ki,bu da 2017-ci ilin 9 ayına nisbətən 19,5 milyon manat və yaxud 4,0 faiz çoxdur.
Konkret rəqəmlərə nəzər salsaq, ticarət və xidmət, büdcə, maliyyə, bank, sosial müdafiə və məşğulluq, aqrar, tikinti-quraşdırma, abadlıq, təhsil, səhiyyə və mədəniyyət, gənclər siyasəti və mətbuat sahəsində nəzərəçarpacaq uğurlar olub. Gələcəkdə daha böyük nailiyyətlərə imza atmaq əzmindəyik.

ŞİH Başçısı onu da vurğulamışdır ki, cənab Prezidentin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” respublikanın hər yerində olduğu kimi şəhərimizdə də uğurla icra edilmişdir. Hazırda şəhərimizdə tikinti-quruculuq, abadlıq işləri, aqrar sahənin inkişafı davam etdirilir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Şəhər Su Kanal idarəsinin baş mühəndisi Akif Məlikov, Tərtər Regional Qaz İstismar idarəsi Yevlax Xidmət sahəsinin rəisi Asəf Hətəmov, Şəhər Paylayıcı Elektrik şəbəkəsinin rəisi Elşad Abbasov və digərləri rəhbərlik etdikləri sahələrdə gördükləri işlər barədə məlumat vermiş, qarşıdan gələn qış fəslinə hazırlıqla əlaqədar tədbirləri açıqlamış, bu mühüm xidmət sahələrinin qarşısında duran vəzifələrdən danışmışlar.
Toplantının sonunda qərar layihəsi oxunmuş, düzəlişlər və əlavələr nəzərə alınmaqla yekdilliklə qəbul edilmişdir.

Keçidlər