Şriftin ölçüsü :

Saytın rəngi :

AZƏRBAYCAN SƏRHƏDÇİLƏRİ MİLLİ QURTULUŞ GÜNÜNÜN 25-Cİ İLDÖNÜMÜNÜ YÜKSƏK SƏVİYYƏDƏ QEYD ETDİLƏR

29 iyun 2018 | 16:00

Xəbər verildiyi kimi, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları “Zəfərə doğru” möhtəşəm bayraq yürüşü ilə dahi öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etmək şərəfinin yaratdığı qürur və iftixar hisslərini nümayiş etdiriblər.

Təntənəli düzülüşdən sonra 2 kilometr uzunluğunda olan dövlət bayrağımız başda DSX-nin rəhbər heyəti, generallar və zabitlər olmaqla 2000 nəfərdən çox sərhədçinin çiyinləri üzərində hərbi hissədən çıxarılaraq vətənpərvərlik mahnılarının sədaları və Yevlax sakinlərinin izdihamlı alqışları altında zəfər yürüşü keçirilib.
Yürüş iştirakçılarının önündə gedən Qarabağ atları üzərində sərhədçi süvarilərin böyük fəxrlə başları üzərinə ucaltdıqları müqəddəs dövlət bayrağımızın tədbirə cəlb olunmuş zirehli döyüş texnikalarının üzərində də dalğalanması, bayrağımızdakı səkkizguşəli ulduzu tərənnüm edən 8 helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib.

Keçidlər