Şriftin ölçüsü :

Saytın rəngi :

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

12 iyun 2018 | 16:00

 

YEVLAX RAYONUNUN MİNGƏÇEVİR – STANSİYA MİNGƏÇEVİR – BƏHRAMTƏPƏ (36KM)-QOYUNBİNƏSİ -HACIMAHMUDLU – NURALLAR – QARAMANLI – NƏMİRLİ AVTOMOBİL YOLUNUN TİKİNTİSİ İLƏ BAĞLI TƏDBİRLƏR HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ SƏRƏNCAM İMZALAMIŞDIR

Sərəncamda bildirilir: Yeddi min əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Mingəçevir  Stansiya Mingəçevir-Bəhramtəpə (36 km) – Qoyunbinəsi-Hacımahmudlu – Nurallar – Qaramanlı – Nəmirli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,0 (üç) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşdirilməsini təmin etsin, Azərbaycan Revspublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

Keçidlər