Şriftin ölçüsü :

Saytın rəngi :

PARK VƏ YAŞILLIQLARA QAYĞI GÖSTƏRİLDİ

04 yanvar 2018 | 16:00

Şəhərin yaşıllıq, kommunal, mənzil istismarı və təmiri  sahələrində və digər xidmət idarələrində çalışanlar qarşıdan gələn Yeni İl münasibətilə təmizlik və səliqə-sahman işlərinin miqyasını daha da genişləndirmişlər.

Həmin kollektivlərin üzvləri bu dəfə şəhərin Heydər Əliyev xiyabanı, Nizami, Səməd Vurğun, Dədə Qorqud parklarında, Bakı prospektində və digər yaşayış massivlərində mövcud gül-çiçək kollarına, dekorativ və bəzək ağaclarına qulluq göstərmiş, yenilərini əkmiş,  ərazini səliqəyə salmışlar.

Səliqə-sahman və abadlıq işlərinin aparılmasında həmin ərazidə yerləşən Rayon məhkəməsi, GEM və digər xidmət idarələrinin kollektivləri də fəal iştirak etmiş, küçəni və gediş-gəliş yolunu tullantılardan təmizləmiş, ətrafı daha gözəl görkəmə salmışlar.

Keçidlər