Şriftin ölçüsü :

Saytın rəngi :

GƏNCLƏR VƏ İDMAN İDARƏSİNDƏ

20 dekabr 2017 | 16:00

Bu günlərdə şəhər Gənclər və İdman İdarəsinin təşkilat dəstəyi ilə Breyn-rinq intellektual oyunu üzrə Yevlax rayon çempionatı keçirilmişdir.

Sözügedən çempionata rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələri təmsil edən 13 komanda qatılmışdı.

Öz bilik və bacarıqlarını, intellektlərini sınağa çəkən komandaların yarışı maraqlı və gərgin cərəyan edirdi. Bilik mübaizəsində İcbari Tibbi Sığorta və “Kapital Bank” ASC Yevlax filialının komandaları final mərhələsinə vəsiqə qazandılar.

Final oyununda isə “Kapital Bank” ASC intellektuallardan ibarət komanda üzvləri daha çox bilik və bacarıq sərgiləyərək çempionatın qalibi adını qazandlar.

Qalib komanda Şəhər Gənclər və İdman İdarəsinin təsis etdiyi  kubok və fəxri fərmanlarla təltif olundu, YAP Yevlax rayon təşkilatının pul mükafatına layiq görüldü.

Keçidlər