Şriftin ölçüsü :

Saytın rəngi :

“Hərəyə bir ağac əkək” kompaniyası keçirildi

07 dekabr 2017 | 16:00

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibəti ilə YAP Yevlax və YAP Mingəçevir şəhər  təşkilatlarında  “Hərəyə bir ağac əkək” kampaniyasına start verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihəsi olan  ağacəkmə kampaniyası Yevlax rayonu ərazisində yerləşən meşə zolağında həyata keçirilib. Kompanyada YAP Yevlax və YAP Mingəçevir şəhər  təşkilatlarının İdarə Heyəti, Qadınlar Şurası, Gənclər Birliyinin üzvləri, partiya fəalları, ziyalılar, ictimaiyyət nümayəndələri yaxından iştirak ediblər. Bayram əhval ruhiyyəsi ilə başlayan kampaniyanın ilk günündə YAP fəallarının iştirakı ilə 3000-dən çox nar ağacı əkilərək nar bağı salınıb. Əkilən ağaclara qulluq olunub. “ Hərəyə bir ağac əkək” kampaniyası Aran regionunda  yaşıllığın genişləndirilməsinə və ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına töhfə verəcək. “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində ərazidə daha 8000 mindən artıq ağac əkiləcəkdir.

 

Keçidlər