Şriftin ölçüsü :

Saytın rəngi :

Bayrağımız Qürur Mənbəyimizdir

10 noyabr 2017 | 16:00

Yevlax şəhər İcra Hakimiyyətinin və YAP Yevlax şəhər təşkilatının birgə təşkil etdiyi Bayraq günü tədbiri musiqi sədaları altında Avto yürüşlə başladı. Avotomobil karvanının Yevlax şəhər ərazisində bayram əhval ruhiyəsi yaratması insanlar tərəfindən böyük rəğbətlə qarşılandı.
Sonra tədbir YAP Yevlax şəhər təşkilatının iclas zalında davam etdirildi.

Yevlax şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Qənimət Qaraşov tədbiri açıq elan edərək tədbirin mahiyyəti haqqında danşdı. O, tədbir iştirakçılarını və ümumən bütün Azərbaycan xalqını Bayraq günü münsibəti ilə təbrik etdi. Sonra Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini Elnarə Məmmədova Bayrağımız qürür mənbəyimizdir mövzusunda məruzə etdi. O Azərbaycan bayrağının yaranma tarixi, qısa müddət mövcudluğundan sonra uzun illər mühacirət həyatı yaşayaraq yenidən müstəqil Azərbaycanın səmasında dalğalnmasını xronoloji tarix və faktlarla iştirakçıların diqqətinə çatdırdı. Sonra YAP Yevlax şəhər təşkilatının sədr müavini, Aparat rəhbəri Əli Quliyev çıxış edərək bildirib ki, həyatda elə əlamətdar günlər hadisələr var ki, bütöv bir xalqın yaddaşına əbədi həkk olur, tariximizə qızıl hərflərlə yazılan 9 Noyabr Dövlət Bayrağı Günü də belə əlamətdar günlərdəndir. Cənab Prezidentimizin 17 noyabr tarixli sərəncamı hər bir azərbaycanlının həyatında şərəflə qeyd edəcəyi bir günün başlanğıcı oldu.
Bu münasibətlə «Mən Azərbaycanlıyam» deyən hər kəsi səmimi qəlbdən təbrik edirəm. Natiq fikirlərini müəllifi olduğu «Baxın mənim bayrağıma»  şeiri ilə davam etirdi.Sonra Yevlax şəhər Mədəniyət mərkəzinin  drektoru Eldəniz Mustafayev vurğuladı ki, Azərbaycan Respublikasının tanıtım rəmzlərindən biri olan Milli Bayraq mənəvi baxımdan bir millətin  və bu milləti təşkil edən dövlətin mövcüdluğunu təsdiqləyən ən əhəmiyyətli rəmzidir. Bayrağımızı qorumaq onu uca tutmaq hər birimizin borcudur.
Tədbir bədii hissə ilə davam etdirildi.

Keçidlər