Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr – Dövlət Müstəqilliyi günü və Tarix-Diyarşünaslıq muzeyinin 10 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

18 oktyabr 2017 | 16:00

Tarix-Diyarşünaslıq muzeyində keçirilən tədbiri direktor Aygün Qasımova açaraq bildirdi ki, 26 il öncə Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib.

Azərbaycanın müasir tarixinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan A.Qasımova söylədi ki, ölkənin çoxəsrlik tarixində ümummilli liderin hakimiyyəti illərinin xüsusi yeri və rolu vardır. O, həmçinin Müstəqilliyimizin 26-cı ildönümü münasibəti ilə muzey əməkdaşlarının əl işlərindən ibarət sərgi açılması barədə məlumat verdi. Vurğuladı ki, əsas məqsədimiz yetişməkdə olan gənc nəslə müstəqillik tariximizi daha dəqiqliklə çatdırmaqdan ibarətdir.A.Qasımova çıxışında əlavə etdi ki, 2007-ci ilin oktyabr ayında  möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının iştirakı ilə Yevlax şəhər Tarix-Diyarşünaslıq muzeyinin açılışı olmuşdur. Sevindirici haldır ki, həmin tarixi günü və muzeyin açılışının 10 illiyini bu gün bir yerdə qeyd edirik. O, çıxışını Azərbaycan Prezidentinin muzeylə tanışlığı zamanı söylədiyi “Yevlax Azərbaycanın ən qədim torpağıdır, bu bölgənin çox böyük tarixi var. Yevlaxın Azərbaycana çox böyük töhfələri olubdur və bura strateji nöqteyi-nəzərdən çox önəmli şəhərdir” fikirləri ilə yekunlaşdırdı.Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax nümayəndəsi Rafiq Məmmədov çıxış edərək qeyd etdi ki, Azərbaycanın müstəqillik tarixini yaşatmaq və gələcək nəsillərə çatdırmaq hər birimizin yüksək vətəndaşlıq borcumuzdur. Onu da vurğuladı ki, Tarix-Diyarşünaslıq muzeyi həmyerlilərimiz, xüsusən məktəblərimiz üçün dəyərli töhfədir.Sonra tədbirdə çıxış edən MİHİ Yevlax rayon Komitəsinin sədri Zöhrə Adgözəlova Müstəqillik günü və Muzeyin yaranmasının 10 illiyi münasibətilə muzey əməkdaşlarını təbrik edərək onları rəhbəri olduğu həmkarlar ittifaqı adından qiymətli hədiyyələrlə mükafatlandırdı.Tədbir şəhər 2 nömrəli tam orta məktəbin şagirdlərinin Müstəqillik günü münasibəti ilə hazırladıqları ədəbi-bədii proqramla başa çatdı.

Keçidlər