Şriftin ölçüsü :

Saytın rəngi :

XALDANLI SEÇİCİLƏR KONSTİTUSİYAYA ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİ DƏSTƏKLƏYİR

22 sentyabr 2016 | 16:00

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu Seçki qərargahının Yevlax şəhər şöbəsinin Tədbirlər Planına uyğun olaraq rayonun Xaldan kəndində seçicilərlə görüş keçirildi.

Tədbirdə “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu seçki qərargahı Yevlax şəhər şöbəsinin nümayəndəsi Əminə Əhmədova, ziyalılar, veteranlar, partiya fəalları, gənclər və ictimaiyyət nümayəndələri yüksək əhval-ruhiyyə, böyük mütəşəkkillik və coşqu ilə iştirak edirdilər.

“Həmrəy olaq, “hə” deyək!” devizi ilə keçirilən tədbiri giriş sözü ilə seçki qərargahı Yevlax şəhər şöbəsinin sədr müa- vini Əli Quliyev açaraq çox mühüm siyasi  kampaniyanın başlaması münasibəti ilə təbrikini bildirdi. O, ulu öndər Heydər Əliyev siyasi kursunun sədaqətli davamçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə son 13 ildə qazanılan möhtəşəm uğurlardan, demokratik dövlət quruculuğu prosesində aparılan geniş islahatlardan, ölkəmizin dünya miqyasında artan nüfuzundan, bütün sahələrdə baş verən sürətli tərəqqidən, regionların inkişafı fonunda Yevlaxın da yeni mərhələdəki intibahından, gündən-günə çiçəklənməsindən bəhs etdi.

Sonra millət vəkili, “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi İlham Məmmədov çıxış etdi, bildirdi ki, müasir dövrün tələblərinə uyğun ali qanunlara olunan düzəliş və əlavələrlə ifadə olunan ümumxalq səsvermələri (referendumlar) ölkələrin ictimai, siyasi, demokratik həyatında tarixi hadisə kimi böyük əhəmiyyət daşıyır. Ölkəmizin başçısı  cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsi ölkəmizin siyasi həyatına, idarəetmə orqanlarının fəaliyyətinə təsir imkanları baxımından zəruridir və ölkəmizin sürətli tərəqqisinə, insanların daha firavan həyatına dəyərli töhfələrini verəcək.

Onu da qeyd etmək vacibdir ki, təklif olunan 29 dəyişikliyin 16-sı insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır. Göründüyü kimi, “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, deyən möhtərəm Prezidentimizin yorulmaz, fədakar fəaliyyətinin, sərəncam və göstərişlərinin əsas meyarı Azərbaycan vətəndaşlarının maraqları, mənafeyi, ölkəmizin dünya miqyasında qüdrətlənməsi, sürətli tərəqqisidir.

Yevlaxa və yevlaxlılara daim  diqqətlə və qayğı ilə yanaşan ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətini dəstəkləyən, bütün siyasi kampaniyalarda mütəşəkkillik, coşqu və iradə nümayiş etdirən seçicilərin bu siyasi kampaniyada da fəallığına əmin olduğunu bildirən İlham Məmmədov bütün seçiciləri təbliğat kampaniyasında fəal iştirak etməyə səslədi.

YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri, seçki qərargahının Yevlax şəhər şöbəsinin nümayəndəsi Əminə Əhmədova çıxışında bildirdi ki, ətrafımızda sürətli inkişaf gedir, zaman dəyişir və biz də zamanla birlikdə dəyişirik. Dövlət və həmçinin siyasi-ictimai, sosial münasibətlər də inkişaf etdikcə, bu münasibətləri tənzimləyən hüquq normaları da dəyişməli və mövcud şəraitə uyğunlaşdırılmalıdır. O, Konstitusiyanın 68-ci maddəsində edilən dəyişikliklərə diqqət çəkərək bildirdi ki, hər kəsin dövlət orqanlarının ona münasibətində özbaşınalığı istisna edən vicdanlı davranış hüququ vardır. Dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana  və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Mən sizin hər birinizin 26 sentyabrda seçki məntəqələrinə gəlməyinizi və seçkilərdə fəal iştirak etməyinizi istəyirəm.

Təşviqatçılardan Şahin Kərimov, Vaqif Xəlilov və başqaları çıxışlarında vurğuladılar ki, dövlət idarəçiliyinin daha səmərəli və keyfiyyətli fəaliyyətinin təminatına yönələn Konstitusiya dəyişiklikləri dünyanın ən müa- sir, modern tələblərini özündə ehtiva edir, Azərbaycanın sürətli inkişafına, xalqın daha firavan həyatına hədəflənib. Möhtərəm Prezident cənab İlham Əliyevin bütün təşəbbüsləri  kimi, bu dəfə də xalq ölkə başçısının ətrafında olacaq və bu siyasi kampaniyada həmrəylik nümayiş etdirəcək.

Keçidlər