Şriftin ölçüsü :

Saytın rəngi :

17 İYUN TİBB İŞÇİLƏRİ GÜNÜDÜR

30 iyun 2016 | 16:00

Yevlaxın tibb işçiləri bayram tədbirinə ulu öndərin şəhərimizin baş meydanında ucalan abidəsi önünə gül-çiçək dəstələri düzərək öz ehtiramlarını ifadə etməklə başladılar.
Mərkəzi Şəhər Xəstəxanasının akt salonunda bir qələbəlik yaşanırdı. Səbəbsiz deyildi. İnsanların sağlamlığı keşiyində dayanan tibb işçiləri əlamətdar bayram günlərini bir arada qeyd edirdilər.
Ağxalatlıların bayram tədbirlərinə ŞİH rəsmiləri, “Kür” qəzetinin baş redaktoru, respublikanın əməkdar jurnalisti Əminə Yusifqızı, şəhər ictimaiyyətinin tanınmış nümayəndələri, media mənsubları qatılmışdılar.
Tibb işçilərinin önündə tribuna alan ŞİH Başçısının müavini Elnarə Məmmədova insanların sağlamlığı etibar olunanları ŞİH Başçısı Qoca Səmədovun adından təbrik etdi, İcra Başçısının onlara ünvanlanan təbrik məktubunu oxudu.
Bayram tədbirində söz alan MŞX -nın baş həkimi İlhami Quliyev ilk öncə Yevlaxın tibb  işçilərini ürəkdən təbrik edərək, respublikamızda Səhiyyə Nazirliyinin yaranma tarixinə qısa ekskurs etdi.
Rayonun baş həkimi öz təbrik nitqində daha sonra MŞX-da fəaliyyət göstərən yeni şöbə və laboratoriyalardan danışaraq, dövlətimizin başçısının tövsiyəsi ilə əhali arasında keçirilən pulsuz tibbi müayinənin faydalı olmasından rəqəmlərin dili ilə söz açdı.
Sonra ağxalatlıları təbrik edən GEM-in direktoru, respublikanın əməkdar həkimi Tünzalə Şabanova, Xaldan kənd sahə xəstəxanasının baş həkimi Yaşar Cəfərov, təcrübəli və tanınmış həkim Saleh Səfərov, həkim Niyaz Hüseynov əlamətdar gündə ən xoş hiss və duyğularını  paylaşdılar.

MŞX-nın qocaman kardioloqu, respublikanın əməkdar həkimi Aydın Ellazovun diabetli şəkər xəstəliyindən əziyyət çəkənlərlə bağlı irəli sürdüyü “Yevlaxda da şəkər dispanserinin açılması artıq bir zərurətə çevrilib” təklifi maraqla qarşılandı.
Sonda tibb işçilərinin böyük bir qrupuna ŞİH-nin və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının təsis eitdiyi Fəxri fərman və qiymətli hədiyyələr təqdim edildi.

Keçidlər