Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib

22 yanvar 2022 | 16:00


Yevlax rayon Təhsil Şöbəsinin məlumatına görə 1 mərkəzdə- M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbdə Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib.
Qeyd edək ki, olimpiadanın rayon (şəhər )mərhələsində 9, 10, 11-ci, həmçinin xüsusi istedada və hazırlığa malik 8-ci sinif şagirdləri iştirak ediblər.
Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçirilib.Olimpiadanın rayon (şəhər) mərhələsində şagirdlərə fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib.

Keçidlər