Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidinin ad günü qeyd edilib

22 yanvar 2022 | 16:00


Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Yevlax Rayon Təşkilatının,şəhər Təhsil Şöbəsinin əməkdaşları Vətən müharibəsi şəhidi İsmayılzadə Əsgər Bəxtiyar oğlunun doğum günü münasibətilə Şəhidin rayonun Gülövşə kəndindəki məzarını ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Şəhid ailəsinin nümayəndələrinin,kənd sakinlərinin iştirak etdiyi tədbirdə, şəhidin ruhuna dualar oxunub,şərəfli həyat və döyüş yolundan geniş bəhs olunub,ailə üzvlərinə dərin hüznlə başsağlığı verilib.
Tədbir çərçivəsində Yevlax şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin şəhidin xatirəsinə həsr etdiyi Sambo idman yarışının qaliblərinə Fəxri Fərmanlar Şəhidin ailə üzvləri tərəfindən təqdim olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət, qayğıya görə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər