Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda şəhidin ad günü qeyd edildi

13 yanvar 2022 | 16:00


Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ənənəvi olaraq şəhidlərin ad günlərinin qeyd edilməsi davam etdirilir. 13.01.2022-ci il tarixdə Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax Rayon Təşkilatının, Yevlax şəhər Təhsil Şöbəsinin və şəhər UGİŞM-in əməkdaşları Vətən müharibəsi şəhidi Cəfərov Fərid İsmixan oğlunun doğum günü münasibətilə rayonun Quşçu kənd qəbirstanlığındakı məzarını ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad ediblər. Şəhidin ailə üzvlərinin, Vətən Müharibəsi qazilərinin, kənd sakinlərinin iştirak etdiyi mərasimdə, şəhidin ruhuna dualar oxunub,məktəblilərin onun xatirəsinə hazırladığı bədii kompozisiya dinlənilib. Tədbir çərçivəsində ənənəyə sadiq olaraq Yevlax şəhər UGİŞM-nin şəhidin xatirəsinə həsr etdiyi idmanın sərbəst güləş növü üzrə rayon turnirinin qaliblərinə fəxri-fərmanlar şəhidin ailə üzvləri tərəfindən təqdim olunub.Şəhidin ailə üzvlərinə başsağlığı verilib, keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət, qayğıya görə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər