İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər
Yevlax Şəhər İcra Hakimiyyəti adından inzibati xətalar haqqında işlərə
baxmaq səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının
təsdiq edilməsi haqqında
№ 75
10 may 2023-cü il
“İnzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli 1256 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş ”Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.15.6-cı maddəsini rəhbər tutaraq
Qərara alıram:
- “Yevlax Şəhər İcra Hakimiyyəti adından inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı” aşağıdakı tərkibdə təsdiq edilsin.
1.1. Şəhər rayon İcra Hakimiyyətinin başçısı;
1.2. Şəhər İcra Hakimiyyəti başçısının müavinləri;
1.3. Şəhər İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri;
1.4. Şəhər İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirlərinin
müavinləri;
1.5. Şəhər İcra Hakimiyyəti başçısı aparatının sektor müdirləri;
1.6. Şəhər İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçiləri.
- Şəhər İcra Hakimiyyəti Başçısı aparatının İnformasiya təminatı və təhlili sektoru Şəhər İcra Hakimiyyəti adından “İnzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxslərin Siyahı”sının Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.
Şəhər İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılsın ki, Şəhər İcra Hakimiyyəti başçısı aparatının bütün şöbə və struktur bölmələrinin işçiləri ilə bu sərəncamın mətninin tanış edilməsini təmin etsin.- Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Yevlax Şəhər İcra
Hakimiyyətinin Başçısı Anar Tağıyev
Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Yevlax Şəhər İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə
№ 76
10 may 2023-cü il
«Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanının 4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.15.6-cı bəndinə uyğun olaraq
Q ə r a r a a l ı r a m:
- Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Yevlax Şəhər İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan aşağıdaki vəzifəli şəxslərin siyahısı təsdiq edilsin.
1.1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Məcəllə) 190 və 251.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Şəhər İcra Hakimiyyəti adından – Şəhər İcra Hakimiyyətinin Başçısı, Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini, Şəhər İcra Hakimiyyətinin başçısının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri, Şəhər İcra Hakimiyyətinin başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Şəhər İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri, Şəhər İcra Hakimiyyəti başçısı aparatının Sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini, Şəhər İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Şəhər İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairəsi üzrə və Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri.
1.2 Məcəllənin 197.1 və 197.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərən Şəhər İcra Hakimiyyəti adından - Şəhər İcra Hakimiyyətinin Başçısı, Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini, Şəhər İcra Hakimiyyətinin başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Şəhər İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri, Şəhər İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Şəhər İcra Hakimiyyəti başçısı aparatının Sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini, Şəhər İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairəsi üzrə və Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri.
1.3 Məcəllənin 388-2.0.1. və 388-2.0.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Şəhər İcra Hakimiyyəti adından - Şəhər İcra Hakimiyyətinin Başçısı, Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini, Şəhər İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri, Şəhər İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Şəhər İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairəsi üzrə və Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri.
1.4 Məcəllənin 413 və 451-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Şəhər İcra Hakimiyyəti adından - Şəhər İcra Hakimiyyətinin Başçısı, Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini, Şəhər İcra Hakimiyyətinin başçısının müavini-Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Şəhər İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri, Şəhər İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar, Şəhər İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairəsi üzrə və sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri.
1.5 Məcəllənin 516.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Şəhər İcra Hakimiyyəti adından – Şəhər İcra Hakimiyyətinin Başçısı, Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini, Şəhər İcra Hakimiyyətinin başçısının müavini-Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Şəhər İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Şəhər İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri, Şəhər İcra Hakimiyəti başçısının İnzibati Ərazi Dairəsi üzrə və Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri.
1.6 Məcəllənin 527-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol səlahiyyətli orqanın (vəzifəli şəxsin) təqdimatına münasibətdə təqdimatı vermiş:
Şəhər İcra Hakimiyyəti adından – Şəhər İcra Hakimiyyətinin Başçısı, Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini, Şəhər İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri;
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara münasibətdə Şəhər İcra Hakimiyyəti adından – Şəhər İcra Hakimiyyətinin Başçısı, Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini, Şəhər İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri.
1.7 Məcəllənin 530 və 532-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
inzibati xətalar haqqında işlər üzrə icraat Şəhər İcra Hakimiyyətində aparılarkən Şəhər İcra Hakimiyyəti adından – Şəhər İcra Hakimiyyətinin Başçısı, Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini, Şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri;
inzibati xətalar haqqında işlər üzrə icraat Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən aparılarkən Şəhər İcra Hakimiyyəti adından – Şəhər İcra Hakimiyyətinin Başçısı, Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini, Şəhər İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri.
1.8 Məcəllənin 602-2.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Şəhər İcra Hakimiyyəti adından - Şəhər İcra Hakimiyyətinin Başçısı, Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini, Şəhər İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri.
- Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlil sektoruna rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Yevlax Şəhər İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilməsinin təmin edilməsi tapşırılsın.
- Şəhər İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərlə bu sərəncamın mətninin tanış edilməsi tapşırılsın.
- Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Yevlax Şəhər İcra
Hakimiyyətinin Başçısı Anar Tağıyev