Şriftin ölçüsü :

Saytın rəngi :

ƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsinin Yevlax rayon filialı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsinin Yevlax rayon filialı rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçota alınmasını, onlardan məcburi dövlət sosial sığorta haqlarının toplanmasını, daxil olan vəsaitlərin uçotunun aparılmasını, eləcə də qanunda nəzərdə tutulmuş digər tədbirləri həyata keçirir. Bütünlükdə şöbə tərəfindən faktiki fəaliyyət göstərən 1238 sahibkara və onların 324 nəfər işçisinə xidmət göstərilir.

Eyni zamanda vətəndaşlara pensiya və pensiyalara əlavə olunan müavinət təminatı ilə əlaqədar olaraq müraciətlərinə baxılmasını, pensiyaların təyin edilməsini, eləcə də pensiyaçılara pensiya və müavinətlərin ödənilməsini təmin edir. şöbə üzrə ümumilikdə 24261 pensiyaçıya xidmət göstərilir.
Şöbə tərəfindən hər bir sahibkarın, eləcə də onların işçilərinin, pensiyaçıların fərdi uçot sistemində qeydiyyata alınmasını, onlar barədə məlumatı vahid informasiya bazasına işlənməsini həyata keçirir.Şöbə rayon ərazisində ona həvalə edilmiş səlahiyyətlər çərçivəsində başqalarının köməyinə ehtiyacı olan tənha ahıllara və əmək qabiliyyəti olmayanların (əlillərin) aşkar edilməsi, sosial məişət xidmətinə götürülməsini və onların sosial müdafiəsi üzrə tədbirlərin görülməsini, müavinətlərin, sosial yardımların qanunvericilikdə təsdiq olunmuş qaydada düzgün təyin edilməsi və aidiyyəti ödəniş müəssisələri vasitəsi ilə təyinatı üzrə vaxtında ödənilməsinə nəzarətin həyata keçirilməsini, vətəndaşlara müavinət, sosial yardım və digər ödənişlərin təminatı olan sənədlərin əldə edilməsində və bu təminatlar haqqında əhalinin məlumatlandırılması, aztəminatlı vətəndaşların sosial müdafiəsi sahəsində ictimai təşkilatlar və yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə fəaliyyət göstərilməsi vəzifəsini həyata keçirir.Eyni zamanda şöbə əlillərə qanunvericilikdə nəzərdə tutulmuş kompensasiyaların və digər müavinətlərin ödənilməsini, əlillər və digər imtiyazlı şəxslər üçün qanunvericilikdə nəzərdə tutulan müvafiq vəsiqələrin verilməsi məqsədi ilə lazımi sənədlərin toplanmasında onlara köməklik edir.
Müəyyən olunmuş qaydada pensiyaçıların və əlillərin sanatoriya-kurort göndərişləri ilə təmin olunması üzrə iş aparır.
Səhiyyə orqanları və digər əlaqədar təşkilatlarla birgə başqalarının köməyə ehtiyacı olan tənha ahılları və əmək qabiliyyəti olmayan vətəndaşları aşkar edir, onları sosial-məişət xidmətinə götürür, zəruri halda internat evlərinə göndərilməsini təşkil edir.
Tənha ahılların üzərində qəyyumluq və himayəçiliyin müəyyən edilməsinə nəzarət edir, ahıl və tənha vətəndaşlara müxtəlif növ xidmətlərin - ictimai-iaşə, sosial və məişət xidməti göstərilməsi barədə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırır.
Kütləvi informasiya vasitələrindən istifadə edərək əhali arasında sosial məsələlərə dair qanunvericiliyin təbliğat işini təşkil edir və aparır. Müəssisə 2003-cü ildən fəaliyyətə başlamış, işçilərin sayı 69 nəfər təşkil edir.
Ünvan: Yevlax şəhəri, H.Əliyev pr.78
Telefon: 022-336-29-77 (qəbul otağı)
022-336-02-76
022-336-38-43
022-336-37-15

Rəhbərlik haqqında məlumat
 
Adı, soyadı və atasının adı: Əzizova Zərifə Müseib qızı
Təvəllüdü və doğulduğu yer: 10.04.1958, Ağcabədi rayonu
Təhsili: Ali
Stajı: 40 il
Neçənci ildən müəssisənin rəhbəridir: 2008
Ailə üzvlərinin sayı: 5 nəfər

 

Qəbul qrafiki
 
Vəzifəsi Soyadı, adı və atasının adı Əlaqə telefonları Qəbul günləri və saatları
Müdir Əzizova Zərifə Müseyib qızı 022-336-02-76 I-V günlər 900-1800
Müdir müavini Mustafazadə Mustafa Elbrus oğlu 022-336-29-77 II-IV günlər 900-1800

 

 

 

 

 

 

Keçidlər